Abxaziyada Rusiyaya məxsus ZTR aşıb, ölənlər var

Abxaziyada Rusiyaya məxsus ZTR aşıb, ölənlər var Bakı. 21 yanvar. REPORT.AZ/ Abxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.
Region
21 Yanvar , 2019 14:16
Abxaziyada Rusiyaya məxsus ZTR aşıb, ölənlər var
ТАСС

Bakı. 21 yanvar. REPORT.AZ/ Abxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, “BTR-80” tipli zirehli maşın zirehli texnika karvanının dərə boyu çətin şəraitdə hərəkəti əsnasında aşıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.

Xatırladaq ki, rəsmi olaraq Gürcüstanın bir hissəsi olan Abxaziya Muxtar Respublikası 1992-1993-cü illərdəki Gürcüstan – Abxaziya müharibəsi nəticəsində bu ölkədən qoparılıb. 2008-ci il avqust ayındakı Gürcüstan – Rusiya müharibəsindən sonra Gürcüstan parlamenti sözügedən ərazini rəsmən Rusiya tərəfindən işğal olunmuş ərazi elan edib.

Son xəbərlər

Orphus sistemi