ABŞ və Rusiya Sakit okeanda hərbi təlim keçirir

ABŞ və Rusiya Sakit okeanda hərbi təlim keçirir ABŞ, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri “Red Flag Alaska 21-2” adı altında Alyaska yarımadası ərazisində təlim keçirir.
Region
106
11 İyun , 2021 12:33
ABŞ və Rusiya Sakit okeanda hərbi təlim keçirir

ABŞ, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri “Red Flag Alaska 21-2” adı altında Alyaska yarımadası ərazisində təlim keçirir.

“Report” RT-yə istinadən xəbər verir ki, təlimlər iyunun 25-dək davam edəcək.

Manevrdə 1 500-ə yaxın hərbçi, 100-dən artıq uçuş aparatı iştirak edir.

Qeyd edək ki, iyunun 10-da Rusiya Hərbi Dəniz Qüvvələri Sakit okeanda hərbi təlimə başlayıb.

Manevrdə 20-yə yaxın döyüş gəmisi, sualtı qayıqlar, “Varyaq” kreyseri və “Admiral Panteleyev” böyük sualtı qayıq, habelə 20-yə yaxın uçuş aparatı, o cümlədən “MiQ-31BM” qırıcısı iştirak edir.

Son xəbərlər

Orphus sistemi