ABŞ və Rusiya prezidentləri arasında təkbətək və geniş tərkibli görüş başa çatıb - YENİLƏNİB-2

ABŞ və Rusiya prezidentləri arasında təkbətək və geniş tərkibli görüş başa çatıb - YENİLƏNİB-2 Təkbətək görüş 2 saat 10 dəqiqə davam edib
Region
16 İyul , 2018 18:58
ABŞ və Rusiya prezidentləri arasında təkbətək və geniş tərkibli görüş başa çatıb - YENİLƏNİB-2

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında geniş tərkibli görüş başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yaxın dəqiqələrdə onlar birgə mətbuat konfransı keçirəcəklər.


*** saat 17:26

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

“Report” xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. 

Görüş 2 saat 10 dəqiqə davam edib.

Donald Tramp Vladimir Putinlə təkbətək görüşü “çox yaxşı başlanğıc” adlandırıb. Prezidentlər işgüzar nahar formatında danışıqları davam etdirib.


*** saat 15:10

Bakı. 16 iyul. REPORT.AZ/ Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandiya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezidenti isə Sauli Niinstyo ilə D.Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentlər ən çoxu 4 sualı cavablandıracaq.

Onların, əsasən, Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi