ABŞ Türkiyəyə "S-400" sazişindən imtina etmək üçün iki həftə vaxt verib

ABŞ Türkiyəyə "S-400" sazişindən imtina etmək üçün iki həftə vaxt verib ABŞ hökuməti Türkiyəyə Rusiya S-400 zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.
Region
194
22 May , 2019 03:13
ABŞ Türkiyəyə S-400 sazişindən imtina etmək üçün iki həftə vaxt verib

ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi