ABŞ Türkiyənin İncirlik aviabazasından aparılan hərbi əməliyyatların sayını azaldıb

ABŞ Türkiyənin İncirlik aviabazasından aparılan hərbi əməliyyatların sayını azaldıb Hazırda bazada "F-22 Raptor" və "F-15 Eagle" qırıcıları, həmçinin yanacaq dolduran təyyarələr qalıb
Region
13 Mart , 2018 00:35
ABŞ Türkiyənin İncirlik aviabazasından aparılan hərbi əməliyyatların sayını azaldıb

Bakı. 13 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar Türkiyənin İncirlik aviabazasından həyata keçirilən hərbi əməliyyatların sayını azaldıb və daimi əsasda ora yerləşdirilən heyət üzvlərinin sayının azaldılması imkanlarını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi amerikalı rəsmi şəxslərə istinadən "The Wall Street Journal" yazıb.

Onlar baş verənləri iki ölkə arasındakı münasibətlərdə yaşanan gərginlik ilə əlaqələndiriblər.

Qəzetin yazdığına görə, yanvarda "A-10" bombardımançı eskadrilyası İncirlik bazasından Əfqanıstana köçürülüb. Baza ərazisində olan Amerika hərbçiləri ailəsinin sayı tədricən azalmaqdadır. Hazırda İncirlikdə Amerikaya məxsus "F-22 Raptor" və "F-15 Eagle" qırıcıları, həmçinin yanacaq dolduran təyyarələr qalıb. ABŞ-ın hərbi nümayəndəsinin sözlərinə görə, Türkiyə aviabazasından istifadə miqyasının azaldılması məsələsinə artıq bir müddətdir ki, baxılır.

Son xəbərlər

Orphus sistemi