ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir
Region
214
5 Mart , 2018 00:55
ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.

Son xəbərlər

Orphus sistemi