Bakı. 26 aprel. REPORT.AZ/ Cari ilin mayında ABŞ Türkiyə-Suriya sərhədində odsaçan mobil raket sistemi ("HİMARS"- "High Mobility Artillery Rocket System") yerləşdirəcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyində səfərdə jurnalistlərə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Əsas hədəfimiz Suriyanın şimalında, Menbiç bölgəsində 98 km-lik ərazini terrorçu İŞİD qruplaşmasından təmizləməkdir. Bizim artilleriya 40 km, "HİMARS" isə 90 kilometr uzaqlıqdakı hədəfi vura bilir. ABŞ-la cari ilin mayında həmin qurğunun Türkiyə-Suriya sərhədində yerləşdirmək haqda razılıq əldə etmişik", - M.Çavuşoğlu deyib.