ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb ABŞ Dövlət Departamentin Türkiyə ilə Ermənistan təmsilçiləri arasında münasibətlərin normallaşması ilə bağlı keçirilən ilk görüşü alqışlayıb.
Region
316
15 Yanvar , 2022 13:06
ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.

“Report” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.

“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi