Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməliydi.
Rəsmi Vaşinqton nümayəndə heyətinə vizaların Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmədiyini açıqlayıb.