ABŞ təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş edib

ABŞ təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş edib Rusiyanın “Su-27” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” və İsveç Hərbi Hava Qüvvələrinə aid kəşfiyyatçı təyyarələrin Rusiyanın Baltik dənizi sularının hava məkanında tutulması üçün uçuş edib.
Region
11 İyun , 2019 11:26
ABŞ təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş edib

Rusiyanın “Su-27” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” və İsveç Hərbi Hava Qüvvələrinə aid kəşfiyyatçı təyyarələrin Rusiyanın Baltik dənizi sularının hava məkanında tutulması üçün uçuş edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr İdarəsi yayıb.

Baltik dənizi sularının Rusiyaya aid hava məkanı yaxınlığında ABŞ və İsveçə aid iki hərbi-kəşfiyyat təyyarəsi uçuş edib. Rusiyanın hərbi rəhbərliyi onların sərhədi pozmasının qarşısını almaq məqsədi ilə “Su-27” təcili havaya qaldırıb.

Nazirlikdən bildirilib ki, Rusiya təyyarəsi beynəlxalq normalara uyğun uçuş edib. 

Son xəbərlər

Orphus sistemi