ABŞ terrorçuluqla mübarizədə Türkiyənin rolunu yüksək qiymətləndirib

ABŞ terrorçuluqla mübarizədə Türkiyənin rolunu yüksək qiymətləndirib ABŞ Dövlət Departamenti terrorçuluqla bağlı illik hesabatı təqdim edib
Region
17 Dekabr , 2021 12:48
ABŞ terrorçuluqla mübarizədə Türkiyənin rolunu yüksək qiymətləndirib

ABŞ Dövlət Departamenti terrorçuluqla bağlı illik hesabatı təqdim edib.

“Report” xəbər verir ki, sənəd Departamentin saytında dərc edilib.

Bildirilib ki, Türkiyənin beynəlxalq terrorçuluqla mübarizədə fəal rol oynayır. Türkiyənin PKK, İŞİD, FETÖ kimi terror qruplaşmalarına qarşı fəaliyyəti sənədlərdə geniş işıqlandırılıb.

Həmçinin hesabatda Türkiyə Silahlı Qüvvələrinin şəhidləri və zərərsizləşdirdiyi terrorçular barədə məlumat verilib. Sənədlərdə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı və bu istiqamətlərdə ciddi həbs tədbirləri keçirildiyi nəzərə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi