ABŞ səfiri Rusiya XİN-in qərarına etirazını bildirib

ABŞ səfiri Rusiya XİN-in qərarına etirazını bildirib Səfirliyin mətbuat xidməti: səfir Tefft dərin təəssüf və etirazını bildirib
Region
28 İyul , 2017 17:00
ABŞ səfiri Rusiya XİN-in qərarına etirazını bildirib

Bakı. 28 iyul. REPORT.AZ / ABŞ-ın Rusiyadakı səfiri Con Tefft rəsmi Moskvanın cavab tədbiri kimi Amerika diplomatları ilə bağlı qərarına görə dərindən məyus olub. Bununla əlaqədar səfirlik Rusiya tərəfinə etirazını bildirib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Mariya Olson bildirib.

"Biz Rusiya hakimiyyətindən bildiriş almişıq. Səfir Tefft dərin təəssüf və etirazını bildirib", - M.Olson qeyd edib.

O əlavə edib ki, bildiriş tanış olmaq üçün Vaşinqtona göndərilib.

Xatırladaq ki, ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədar rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.

Son xəbərlər

Orphus sistemi