ABŞ səfiri: “Azərbaycan-Ermənistan münaqişəsi dialoqla həll olunmalıdır”

ABŞ səfiri: “Azərbaycan-Ermənistan münaqişəsi dialoqla həll olunmalıdır” “Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.
Region
21 İyul , 2020 17:39
ABŞ səfiri: “Azərbaycan-Ermənistan münaqişəsi dialoqla həll olunmalıdır”
Kelli Deqnan

“Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan mətbuatının Ermənistana silah-sursatın Gürcüstan üzərindən çatdırılmasına dair məlumatlarına münasibət bildirən səfir Gürcüstan XİN-nin bu barədə bəyanat verdiyini xatırladıb: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, biz Azərbaycan- Ermənistan sərhədindəki vəziyyətdən, həqiqətən də, narahatıq”.

K.Deqnan qeyd edib ki, münaqişənin həlli üzrə mexanizmlər mövcuddur və onlardan mümkün olduğu qədər istifadə etmək lazımdır: “Qarşıdurma nəticəsində artıq qurbanlar var və bu, çox faciəvidir. Vəziyyət belə davam etməməlidir”.

 

Son xəbərlər

Orphus sistemi