ABŞ “S-400”lərə görə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ “S-400”lərə görə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər ABŞ Türkiyənin Rusiyadan “S-400” raket sistemləri alması məsələsinin həlli üçün bir sıra variantları müzakirə edir.
Region
125
29 İyun , 2019 11:34
ABŞ “S-400”lərə görə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

"ABŞ Türkiyənin Rusiyadan “S-400” raket sistemləri alması məsələsinin həlli üçün bir sıra variantları müzakirə edir".

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla görüşündən əvvəl bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında bu problem sələfi Barak Obama vaxtında Türkiyə hökumətinin “Patriot” raket sistemlərini satın almasına yol verməməsindən qaynaqlanıb: "Türkiyə ABŞ-ın dostu və mühüm ticarət tərəfdaşıdır". 

Bununla belə, Donald Tramp “S-400” məsələsi ilə bağlı Türkiyəyə qarşı sanksiya tətbiqini istisna etməyib və yaxın vaxtlarda Türkiyəyə səfərə gedəcəyini də mümkün sayıb.

R.T.Ərdoğan da ABŞ ilə strateji tərəfdaş olduqlarını, ikitərəfli münasibətlərdə həmrəyliyin davam edəcəyinə ümidvar olduğunu dilə gətirib.

Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl “Nikkei”yə açıqlamasında Trampla görüşü zamanı “S-400” probleminin həll olunacağını və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi