Bakı. 2 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın Ukraynadakı hərəkətləri demokratik proses və institutları korlayır, Ukraynanın dincliyinə, təhlükəsizliyinə, sabitliyinə, suverenlik və ərazi bütövlüyünə təhlükə yaradır və aktivlərin qanunsuz mənimsənilməsinə yol açır.