ABŞ Rusiyanın əksər deputatlarına qarşı sanksiyalar hazırlayır

ABŞ Rusiyanın əksər deputatlarına qarşı sanksiyalar hazırlayır ABŞ Ukraynada baş verən hadisələrə görə Rusiya Dövlət Dumasının əksər deputatlarına qarşı sanksiyalar hazırlayır.
Region
23 Mart , 2022 03:10
ABŞ Rusiyanın əksər deputatlarına qarşı sanksiyalar hazırlayır

ABŞ Ukraynada baş verən hadisələrə görə Rusiya Dövlət Dumasının əksər deputatlarına qarşı sanksiyalar hazırlayır.

“Report” xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” qəzeti çıxış edib.

Qeyd olunub ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Rusiya Dövlət Dumasının, parlamentin aşağı palatası üzvlərinin əksəriyyətinə qarşı yeni sanksiyalar hazırlayır.

ABŞ prezidenti Cozef Baydenin cümə axşamı Brüsselə planlaşdırılan səfəri zamanı Rusiyaya qarşı yeni və daha sərt sanksiyaları açıqlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi