ABŞ Rusiyanın daxili işlər nazirinə viza verməkdən imtina edib

ABŞ Rusiyanın daxili işlər nazirinə viza verməkdən imtina edib ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakını pozub, belə ki, Rusiya nümayəndə heyətinə viza verilməyib.
Region
2 Sentyabr , 2022 01:27
ABŞ Rusiyanın daxili işlər nazirinə viza verməkdən imtina edib

ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakının qarşısını alıb. 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə viza verilməyib.

“Bununla bağlı bir daha qeyd etmək istərdik ki, nümayəndələr üçün vizaların verilməsi ABŞ-ın imtiyazı deyil, beynəlxalq hüquqi öhdəliyidir”, - Nebenzya əlavə edib.

Son xəbərlər

Orphus sistemi