ABŞ Dövlət Departamenti: Ermənistanla Rusiya arasında Suriya məsələsinə görə əməkdaşlığı dəstəkləmirik

ABŞ Dövlət Departamenti: Ermənistanla Rusiya arasında Suriya məsələsinə görə əməkdaşlığı dəstəkləmirik Bakı. 13 fevral. REPORT.AZ/ “Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”.
Region
145238
13 Fevral , 2019 13:59
ABŞ Dövlət Departamenti: Ermənistanla Rusiya arasında Suriya məsələsinə görə əməkdaşlığı dəstəkləmirik

Bakı. 13 fevral. REPORT.AZ/ “Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”.

“Report” xəbər verir ki, bunu “Aysor”un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər. 

Dövlət Departamenti Birləşmiş Ştatların Yerevandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib.

Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır: “Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşşar Əsəd rejimi ilə əmıəkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”.

Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib. 

Son xəbərlər

Orphus sistemi