ABŞ Robert Köçəryanın oğluna və gəlininə viza verməkdən imtina edib

ABŞ Robert Köçəryanın oğluna və gəlininə viza verməkdən imtina edib "Jamanak": "Bütün hallarda müğənni hadisəni nə təsdiq, nə də təkzib etməyib"
Region
8 May , 2015 11:43
ABŞ Robert Köçəryanın oğluna və gəlininə viza verməkdən imtina edib

Bakı. 8 may. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan və gəlini, müğənni Siruşoya ABŞ-a getmək üçün viza verilməyib.

"Report" xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Jamanak" qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, cütlük ABŞ-da dünyaya övlad gətirən zaman ölkədə qalma müddəti ilə bağlı qaydaları pozublar.

"Xəbərin doğruluğunu yoxlamaq üçün Siruşoya müraciət edilib. Müğənni əsəbiləşərək, deyib ki, bu məsələ ilə bağlı təmsilçisinə müraciət etsinlər. Bütün hallarda o, hadisəni nə təsdiq, nə də təkzib edib", - "Jamanak" vurğulayıb.

Son xəbərlər

Orphus sistemi