​ABŞ rəsmisi: "İranın razılaşmanı pozmasına dair əsasımız yoxdur"

​ABŞ rəsmisi: "İranın razılaşmanı pozmasına dair əsasımız yoxdur" Ötən il ABŞ, Almaniya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına İrandan şikayət etmişdi
Region
8 İyul , 2016 23:06
​ABŞ rəsmisi: İranın razılaşmanı pozmasına dair əsasımız yoxdur

Bakı. 8 iyul. REPORT.AZ/ "İranın nüvə razılaşmasını pozmasına dair Birləşmiş Ştatların heç bir faktı yoxdur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kibri keçirdiyi ənənəvi brfinqdə bildirib.

"İranın nüvə anlaşmasına pozmasına dair biz də heç bir bizdə heç bir məlumat yoxdur", - deyə o vurğulayıb.

Bu il martın 8-9-da İran ballistik raketi yekun mərhələdə sınaqdan çıxarıb.

Qeyd edək ki, 2015-ci ilin iyulunda ABŞ, Almaniya, Britaniya,Fransa, Çin və Rusiya ilə İran arasında Tehranın atoç proqramnına dair razılıq əldə edilib. Həmin razılğa əsasən, İslam Respublikası nüvə proqramını inkişaf etdirməmək haqda öhdəlik götürüb.

Xatırladaq ki, ötən il oktyabrın 21-də ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İranınBMT Təhlükəsizlik Şurasının qətnaməsini pozması haqda quruma birgə yazılı müraciət ünvanlamışdı:"Biz əminik ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasına qarşı uyğun tədbir görülməsi və məsələni araşdırmaq üçün bu informasiya komitəyə yardım edəcək".

BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan etmişdi. Həmin raketlərin uçuşu 1700 km.-dir. Ballistik raket 750 kq ağırlığında nüvə başlığı daşıya və 500 metrlik məsafədə yerləşən hədəfi dəqiq vura bilir.

Son xəbərlər

Orphus sistemi