Donald Tramp Şimali Koreya üzrə xüsusi nümayəndəsini Moskvaya göndərib

Donald Tramp Şimali Koreya üzrə xüsusi nümayəndəsini Moskvaya göndərib Bakı. 4 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Mark Lambert Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün martın 4-5-də Moskvada səfərdə olacaq.
Region
4 Mart , 2019 11:31
Donald Tramp Şimali Koreya üzrə xüsusi nümayəndəsini Moskvaya göndərib
0 : 00
0 : 00

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Mark Lambert Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün martın 4-5-də Moskvada səfərdə olacaq.

“Report” “RT”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

M.Lambert səfər zamanı rusiyalı həmkarı ilə Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi və təftişini müzakirə edəcək.

Qeyd edək ki, amerikalı diplomat bu il fevralın əvvəlində Moskvada səfərdə olub.

Xatırladaq ki, fevralın 27-28-də Vyetnamda ABŞ və Şimali Koreya liderlərinin sammiti keçirilib

Son xəbərlər

Orphus sistemi