Bakı. 13 may. REPORT.AZ/ "ABŞ-ın Yaxın Şərqdə müstəsna maraqları var, İran isə qonşu dövlətlərə münasibətdə sabitliyi pozur".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama "Əş-Şərk əl-Ausat" qəzetinə müsahibəsində deyib: "İki il öncə
"Suriya və Yəməndə vəziyyətin gərginləşəməsində İranın rolundan ehtiyat edilmir" sualına cavabda Barak Obama bildirib: "İran bölgədəki çeşidli dövlətlərdə sabitliyin pozulması istiqamətində təhlükəli addımlar atır. İran terrorçuluğun himayəçisidir. Ona görə də İranın fəaliyyətindən, o cümlədən başqa dövlətlərin sərhədləri yaxınlığında fəaliyyətini dəstəklədiyi "oyuncaq" qurumlardan bölgə dövlətləri haqlı olaraq, narahatdırlar".
B.Obama qeyd edib ki, İranın nüvə proqramı məsələsində razılıq əldə edilsə də, Tehranın məntiqsiz davranışı sanksiyaların davam etməsinə səbəb ola bilər.