ABŞ Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edir

ABŞ Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edir ABŞ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edib.
Region
11 Mart , 2022 23:47
ABŞ Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edir

ABŞ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

“Biz qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınması cəhdlərinə rəhbərlik edən Rusiya Federasiyası Dövlət Dumasının 12 deputatına, o cümlədən Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşına və yetkin övladlarına qarşı sanksiyalar tətbiq edirik”, - Prays brifinqdə bildirib.

Son xəbərlər

Orphus sistemi