ABŞ məhkəməsi Nona Qaprindaşvilinin “Netflix”ə qarşı iddiasına baxacaq

ABŞ məhkəməsi Nona Qaprindaşvilinin “Netflix”ə qarşı iddiasına baxacaq ABŞ-ın Kaliforniya ştatının məhkəməsi şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvilinin “Netflix” onlayn kinoteatrına qarşı qaldırdığı iddiaya baxacaq.
Region
113
7 Dekabr , 2021 11:21
ABŞ məhkəməsi Nona Qaprindaşvilinin “Netflix”ə qarşı iddiasına baxacaq
Nona Qaprindaşvili

ABŞ-ın Kaliforniya ştatının məhkəməsi şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvilinin “Netflix” onlayn kinoteatrına qarşı qaldırdığı iddiaya baxacaq.

“Report”un yerli bürosu xəbər verir ki, məhkəmə iclası gələn ilin yanvarın 24-nə təyin olunub.

Gürcü şahmatçının vəkili Maya Mtsariaşvili bildirib ki, “Netflix” iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edir. Belə ki, ekran əsərində N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

Şahmatçı “Netflix”dən azı 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir.

Son xəbərlər

Orphus sistemi