ABŞ konqresmenləri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ konqresmenləri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb ABŞ-ın respublikaçı konqresmenləri Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Region
11 iyun 2020 06:55
ABŞ konqresmenləri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ-ın respublikaçı konqresmenləri Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu təşəbbüslə ABŞ Konqresində respublikaçıların ən çoxsaylı fraksiyası – “Respublikaçı Tədqiqat Komitəsi” çıxış edib.

İyunun 9-da komitə “Amerikanın güclənməsi və qlobal təhlükələrə qarşı durma” adlı məruzə təqdim edib. Sənəddə B.İvanişvilinin adı “keçmiş sovet respublikalarının suverenliyini sarsıdan” “Putinin əcnəbi dostları” arasında çəkilib.

Məruzədə qeyd olunub ki, B.İvanişvili Gürcüstanın ən zəngin insanıdır: “O, Putinin yaxın müttəfiqidir və Rusiyanın adından Gürcüstanda qeyri-sabitliyin yaradılmasında iştirak edir”.

Son xəbərlər

Orphus sistemi