ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək

ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya Dövlət Duması bütün ABŞ KİV nümayəndələrinin Aşağı Palataya girişinə qadağa qoyan qərar qəbul edəcək.
Region
1 Dekabr , 2017 14:04
ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya Dövlət Duması bütün ABŞ KİV nümayəndələrinin Aşağı Palataya girişinə qadağa qoyan qərar qəbul edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Reqlament və Nəzarət Komitəsinin rəhbəri Olqa Savastyanova bildirib.

Bu addım "Russia Today" (RT) telekanalı jurnalistlərinin ABŞ Konqresinə giriş üçün akkreditasiya verilməsindən məhrum edilməsinə cavab olacaq.

Deputatlar regionların qanunvericilik qurumlarına da bənzər qərarların qəbulu üçün təklif verəcəklər.

Qeyd edək ki, RT xarici agent kimi qeydiyyatdan keçirildikdən sonra telekanalın jurnalistləri ABŞ Konqresinə giriş akkreditasiyasından məhrum edilib.

Rusiya rəsmi Vaşinqtonun hərəkətlərinə cavab olaraq, əcnəbi KİV-lərin ölkə xaricindən maliyyələşdirildiyi təqdirdə xarici agent kimi tanına biləcəyinə dair qanun qəbul edib.

Son xəbərlər

Orphus sistemi