ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi sabah Türkiyəyə səfər edəcək

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi sabah Türkiyəyə səfər edəcək Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri sentyabrın 4-də Ankaraya səfər edəcək.
Region
3 Sentyabr , 2018 15:24
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi sabah Türkiyəyə səfər edəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri sentyabrın 4-də Ankaraya səfər edəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Dövlət Departamentinin açıqlamasına əsasən, C.Ceffri səfər zamanı Suriyanın İdlib bölgəsinə gözlənilən hücum nəticəsində gərginliyin və mülki şəxslərin həyatına təhlükənin artacağına diqqət çəkəcək.

C.Ceffri Türkiyədə yüsək vəzifəli rəsmilərlə görüş keçirəcək.

O, ABŞ-ın Türkiyədəki keçmiş səfiridir. C.Ceffri cari il avqustun 17-də Suriya üzrə xüsusi təmsilçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rusiya və İran hərbçiləri Bəşşar Əsədə bağlı silahlılarla birlikdə İdlibə hücum etməyi planlaşdırıb.

Son xəbərlər

Orphus sistemi