ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb

ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb "ABŞ səfirliyi bütün amerikalılara təhlükəsiz yerə sığınmağı tövsiyə edir"
Region
30 Avqust , 2016 17:44
ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb

Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ-ın Qırğızıstandakı səfirliyi bu ölkədə yaşayan bütün vətəndaşlarını əlavə məlumat verilənə qədər təhlükəsiz yerə sığınmağa və küçəyə çıxmamağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə səfirliyin bəyanatında bildirilib.

"ABŞ səfirliyi bütün amerikalılara əlavə məlumat verilənə qədər təhlükəsiz yerə sığınmağı tövsiyə edir. ABŞ vətəndaşlarını yerli KİV-də gedən məlumatlara diqqət yetirməyə və Qırğızıstanın dövlət və hüquq-mühafizə orqanlarının nümayəndələrinin bütün təlimatlarına riayət etməyə çağırırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, Qırğızıstan paytaxtı Bişkekdə bu gün səhər saatlarında Çin səfriliyinin binasının qarşısında partlayış olub. Ölkənin baş nazirinin müavini Jeniş Razakovun bildirdiyinə görə, partlayışı terrorçu-kamikadze həyata keçirib. Hücum nəticəsində terrorçunun özü ölüb, səfirliyin mühafizəçiləri - Qırğızıstan vətəndaşları xəsarət alıb. Çin diplomatlarından heç kim xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi