Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədə İncirlik hərbi bazasına baş çəkib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bazaya baş çəkməsinin səbəbləri haqda danışıb. E.Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir.
O, ABŞ, Türkiyə, İspaniya və Qətərin hərbi hava qüvvələrinin nümayəndələri ilə toplantı keçirib.
ABŞ-ın müdafiə nazirinin Türkiyə rəsmiləri ilə görüş keçirəcəyi də gözlənilir.