Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya və İranın Bəşşar Əsədi dəstəkləməsi Suriyadakı vətəndaş müharibəsinin uzanmasına və ağır nəticələrə səbəb olur.
"Report" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter yerli CBS telekanalının aparıcısının sualına cavabında bildirib.
"Okeanın o biri üzündəki tərəfdaşlarımıza birbaşa deyirəm, bu məsələdə "müftəxor" ola bilməz, çünki nəticədə biz udacağıq. Biz yardım edənləri də, etməyənləri də yadda saxlayırıq. Biz heç kimə minnət etmirik", - deyə Pentaqon rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, əksər dövlətlər Rusiya və İranın Suriyadakı fəaliyyətinin yaxşı nəticə vermədiyi qənaətindədir: "İran və Rusiya bundan peşman olacaq".