ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb Bu barədə Mariya Zaxarova brifinqdə bildirib
Region
15 Aprel , 2021 17:07
ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
Con Sallivan

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova aprelin 15-də keçirdiyi həftəlik ənənəvi brifinqdə bildirib.

ABŞ prezidenti Cozef Baydenin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlı səfirdən izahat istəyiblər.

M.Zaxarova görüş barədə əlavə məlumat verəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi