​ABŞ-ın keçmiş səfiri: "Putinə həddinin bildirilməsindən məmnun oldum"

​ABŞ-ın keçmiş səfiri: "Putinə həddinin bildirilməsindən məmnun oldum" Ceyms Cefferi : "Ruslar İŞİD-i deyil, Əsəd rejiminə qarşı savaşan türkmənləri bombalayır"
Region
26 Noyabr , 2015 15:48
​ABŞ-ın keçmiş səfiri: Putinə həddinin bildirilməsindən məmnun oldum

Bakı. 26 noyabr. REPORT.AZ/ "Doğrusu, birinin Putinə həddini bildirməsindən məmnun oldum. Müttəfiqi Suriya tələb etdiyindən Putin son dərəcə həssas olan sərhəd bölgəsinə həmlə edir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri (2008-2010-cu illərdə), Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşavirlik etmiş Ceyms Cefferi "Fox Business" telekanalına müsahibəsində deyib.

Rusiyanın döyüş təyyarəsinin Türkiyə sərhədini pozmasını Moskvanın təkzib etməsindən danışan səfir deyib: "Ruslar İŞİD-i deyil, Əsəd rejiminə qarşı savaşan türkmənləri bombalayır. Təyyarənin vurulduğu yerin yaxınlığında İŞİD-in heç bir mövqeyi yoxdur. Rusiya üçün İŞİD bir bəhanədir. O, indi İran və "Hizbullah"la əlbir olub, bölgədəki nüfuzunu artırmaq istəyir. Bunun üçün də onun İŞİD-ə ehtiyacı var. Rusiyanın İŞİD-i məhv etmək niyyəti yoxdur. Rusların Orta Şərqə zorla girməsi son dərəcə təhlükəli olmaqla yanaşı, həm strateji, həm də taktik baxımdan qaydaları dəyişdirən bir həmlədir".

Son xəbərlər

Orphus sistemi