Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ qərargah rəisləri birliyi komitəsinin başçısı general Mark Milli Nyu-Yorkada İqtisadi klubda çıxışında bildirib.
Mark Milli Ukrayna Silahlı Qüvvələrinin də Rusiya qədər itki verdiyini ehtimal edir.
Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb.
Qeyd edək ki, Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən, Rusiya 77 mindən çox hərbçi itirib.
Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Həmin vaxt nazirlik 5 937 hərbçisinin öldüyünü bildirmişdi.
BBC-nin apardığı araşdırmaya əsasən, Ukraynada Rusiyanın 6 200-dən çox hərbçisi ölüb. Agentlik bu rəqəmin də reallığı əks etdirmədiyini vurğulayıb.