ABŞ-ın gələn il Ukraynaya göstərəcəyi yardımın məbləği açıqlanıb

ABŞ-ın gələn il Ukraynaya göstərəcəyi yardımın məbləği açıqlanıb Birləşmiş Ştatların 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.
Region
17 Dekabr , 2021 14:12
ABŞ-ın gələn il Ukraynaya göstərəcəyi yardımın məbləği açıqlanıb

ABŞ-ın 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitro Kuleba bildirib.

Nazirin sözlərinə görə, ABŞ Ukraynaya maliyyə dəstəyinin ümumi həcmi 1 milyard dollar, o cümlədən təhlükəsizlik sahəsində 400 milyon dollar məbləğində qalacaq: “2021-ci ildə rəsmi Vaşinqtonun maddi texniki dəstəyi 130 milyon dollardan çox olub. Bu da Ukrayna ordusuna konkret yardım deməkdir”.

Həmçinin ABŞ tərəfindən Ukraynaya 4 ədəd “İsland” tipli hərbi kater, “Javelin” tipli tankvuran sistemləri, snayperlərə qarşı, kəşfiyyat, elektron mübarizə vasitələri, gecəgörmə və digər optik cihazları, rabitə sistemləri, tibbi ləvazimat, habelə müxtəlif çaplı atıcı silah və sursat çatdırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi