ABŞ-ın Baş Qərargahlar rəisi Bakıdan Türkiyəyə gedəcək

ABŞ-ın Baş Qərargahlar rəisi Bakıdan Türkiyəyə gedəcək Fikri İşık: “ABŞ PKK-ya qarşı mübarizədə daha çox dəstək verəcək”
Region
1203
16 Fevral , 2017 14:56
ABŞ-ın Baş Qərargahlar rəisi Bakıdan Türkiyəyə gedəcək

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford fevralın 17-də Bakıdan Türkiyəyə səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

“ABŞ-ın Baş Qərargahlar rəisi sabah Türkiyədə olacaq. ABŞ-a YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - “Report”) ilə bağlı etirazımızı bildirəcəyik. PKK-ya qarşı mübarizədə ABŞ daha çox dəstək verəcək” - nazir vurğulayıb.

O, ABŞ-la Suriyada təhlükəsiz bölgənin yaradılması məsələsinin detallarının hələ də həll olunmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi