ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstana səfər edib

ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstana səfər edib ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının komandanı, general-mayor Devid Tabor Gürcüstana ilk işgüzar səfər edib.
Region
16 Noyabr , 2021 12:26
ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstana səfər edib

ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının komandanı, general-mayor Devid Tabor Gürcüstana ilk dəfə işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Cuanşer Burçuladze D.Taborla görüş keçirib. Nazir ABŞ tərəfinə daimi və artan dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstanın Müdafiə Qüvvələrinin modernləşdirilməsi üzrə cari və planlaşdırılan prosesləri, iki ölkə arasında müdafiə sahəsində birgə layihələri müzakirə ediblər.

D.Tabor həmçinin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Giorgi Matiaşvili ilə də görüşüb. Müzakirələr zamanı Gürcüstan və ABŞ-ın Avropadakı Komandanlığı arasında əməkdaşlığın daha da dərinləşdiriləcəyinə ümidvarlıq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi