ABŞ-ın iki komandanı Türkiyəyə səfər edəcək

ABŞ-ın iki komandanı Türkiyəyə səfər edəcək ABŞ-ın Hərbi Hava Qüvvələrinin komandanı general Tomas Bergeson və Avropa Qüvvələri (EUCOM) komandanının müavini general-leytenant Stefen Tviti bu həftə Türkiyəyə səfər edəcək.
Region
10 Sentyabr , 2019 10:41
ABŞ-ın iki komandanı Türkiyəyə səfər edəcək

ABŞ-ın Hərbi Hava Qüvvələrinin komandanı general Tomas Bergeson və Avropa Qüvvələri (EUCOM) komandanının müavini general-leytenant Stefen Tviti bu həftə Türkiyəyə səfər edəcək.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, amerikalı komandanlar Ankarada Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və başqa rəsmilərlə görüşəcəklər.

Görüşdə Suriyanın şimal-şərqində təhlükəsizlik mexanizminin reallaşdırılması ilə bağlı gələcəkdə veriləcək dəstəyi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, general-leytenant Stefen Tviti cari ilin avqust ayında Suriyada təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Türkiyədə səfərdə olub. Sentyabrın 8-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı ABŞ-ın mövqeyinə münasibət bildirib: “Təhlükəsizlik bölgə ilə bağlı istədiklərimizin onların düşündükləri ilə eyni olmadığını atdığımız hər addımda görürük. Türkiyənin tələbləri reallaşmasa, sentyabrın sonunda Suriyanın şimalında hərbi əməliyyatlara başlayacağıq”.

Xatrıladaq ki, Türkiyə ABŞ-a terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriyanın şimalından çıxmasını, Suriya-Türkiyə sərhədindən 32 km aralı Suriya ərazisində təhlükəsizlik bölgəsinin yaradılmasını təklif edib. 

Son xəbərlər

Orphus sistemi