​ABŞ İncirlikdəki bazasına "tank ovçuları" gətirib

​ABŞ İncirlikdəki bazasına "tank ovçuları" gətirib Alçaqdan uçduğu üçün təyyarə 3,8 mm qalınlığında zirehlə örtülüb
Region
20 Oktyabr , 2015 14:53
​ABŞ İncirlikdəki bazasına tank ovçuları gətirib

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ Türkiyədə yerləşən İncirlik bazasına "tank ovçusu" adlanan 6 "A-10" tipli təyyarə gətirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə aid olan "A-10" keçmiş SSRİ-nin tank qoşununun məhv edilməsi üçün 1970-ci illərdə Avropada yerləşdirilmişdi.

Xəbərə görə, bu təyyarə çox aşağıdan uçaraq, geniş qanadları ilə rahatcasına kəskin dönüşlər edə bilir. "A-10"-un əsas silahı burnun ucundakı 30 mm-lik top və qanadlarında daşıdığı raketlərdir.

Alçaqdan uçduğundan təyyarə 3,8 mm qalınlığında zirehlə örtülüb.

Bu təyyarlər birinci və ikinci körfəz savaşında İraqın o vaxtkı prezidenti Səddam Hüseynin ordusunun tanklarını məhv etməsi ilə tanınır. "A-10" quru qoşunların da məhv edilməsinə istifadə olunur. 

Son xəbərlər

Orphus sistemi