ABŞ hərbçiləri Somalidə hücum əməliyyatı keçirərək İŞİD terror qruplaşmasının bir sıra yaraqlıları, o cümlədən təşkilatın yerli liderini məhv edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin açıqlamasında deyilib.
“ABŞ hərbçiləri Somalinin şimalında hücum əməliyyatı keçirib və nəticədə İŞİD-in bir neçə üzvü, o cümlədən İŞİD-in Somalidəki lideri və İŞİD-in qlobal şəbəkəsinin əsas əlaqələndiricisi Bilal əl-Sudani öldürülüb”, - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, həmin şəxs İŞİD-in Afrikada mövcudluğunun artırılmasına və Əfqanıstan da daxil olmaqla, bütün dünyada təşkilatın terror hücumlarının maliyyələşdirilməsinə cavabdeh olub.
Bildirilib ki, əməliyyat yanvarın 25-də “prezidentin sərəncamı”na müvafiq olarq keçirilib. Əməliyyat sonucunda mülki şəxslərdən heç kim xəsarət almayıb.