ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzalayıb

ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzalayıb Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.
Region
18 Oktyabr , 2021 14:52
ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzalayıb
Lloyd Austin

Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.

Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.

C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir: “ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”.

Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: “Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.

Son xəbərlər

Orphus sistemi