Pentaqon tank əleyhinə “Javelin” raket qurğularının istehsalı ilə bağlı yeni müqavilə imzalayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Penatqonun rəsmi saytında bildirilib.
Sənədə əsasən, raket qurğuları Gürcüstan, Ukrayna və Türkiyə daxil olmaqla ABŞ-ın 16 tərəfdaş ölkəsi üçün nəzərdə tutulub.
Müqavilənin ümumi dəyəri 18,4 milyon ABŞ dolları təşkil edir. İstehsal üçün sifarişi “Raytheon / Lockheed Martin Javelin” şirkəti alıb.
Müqavilənin yerinə yetirilməsi üçün son müddət bu ilin iyunun 25-i nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ilin yanvarında əldə edib.