ABŞ Fars körfəzində İranın dronunu vurub

ABŞ Fars körfəzində İranın dronunu vurub ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Fars körfəzində İranın pilotsuz uçan aparatını vurub.
Region
18 İyul , 2019 23:29
ABŞ Fars körfəzində İranın dronunu vurub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Fars körfəzində İranın pilotsuz uçan aparatını vurub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.

"Pilotsuz aparat dərhal məhv edilib", - deyə o bildirib və əlavə edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub.

Trampın sözlərinə görə, pilotsuz aparat ABŞ gəmisi üçün təhlükə yaradıb. O, digər ölkələri də öz gəmilərini müdafiə etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi