ABŞ Ermənistanda keçirilmiş seçkilərdə qanunu pozanlara sanksiya tətbiq edəcək

ABŞ Ermənistanda keçirilmiş seçkilərdə qanunu pozanlara sanksiya tətbiq edəcək Ermənistanda keçirilmiş parlament seçkilərində pozuntulara yol verən şəxslər Vaşinqtonun maliyyələşdirdiyi proqramlara qatıla bilməyəcək
Region
2 May , 2017 11:36
ABŞ Ermənistanda keçirilmiş seçkilərdə qanunu pozanlara sanksiya tətbiq edəcək

Bakı. 2 may. REPORT.AZ/ ABŞ aprelin 2-də Ermənistanda keçirilmiş parlament seçkilərində qanun pozuntularına yol verən şəxslərin Amerika hökuməti tərəfindən maliyyələşdirilən dövlət proqramlarında iştirakını qadağan edəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "168.am" saytına müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib.

"Mövcud etibarlı dəlilləri parlament seçkilərində qanun pozuntularına yol verən şəxslərin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən dövlət proqramlarında iştirak etməkdən məhrum olunması üçün istifadə edə bilərik və istifadə də edəcəyik", - R.Millz deyib.

Onun sözlərinə görə, aprelin 2-də keçirilmiş seçkilər Ermənistanın demokratik inkişafında irəliyə atılmış addım olsa da, ABŞ tərəfi rüşvət, seçicilərə təzyiq göstərilməsi və inzibati resurslardan istifadə halları ilə bağlı geniş və etibarlı məlumataları qabardıb.

"Bu, beynəlxalq ictimaiyyətin digər nümayəndələrinin iradları ilə üst-üstə düşür. Hökuməti əldə olan sübutlar əsasında bütün iddialar üzrə hərtərəfli araşdırma aparmağa çağırmışıq", - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi