Pompeo İranı fəzaya raket daşıyıcısı buraxmamağa çağırıb

Pompeo İranı fəzaya raket daşıyıcısı buraxmamağa çağırıb Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ İranı fəzaya raket daşıyıcısı buraxmaqdan əl çəkməyə çağırıb.
Region
3 Yanvar , 2019 21:13
Pompeo İranı fəzaya raket daşıyıcısı buraxmamağa çağırıb

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ İranı fəzaya raket daşıyıcısı buraxmaqdan əl çəkməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

“İranın Müdafiə Nazirliyi yaxın aylarda fəzaya üç raket daşıyıcısı buraxmaq planlarını açıqlayıb. Bu da BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə daha bir hörmətsizlikdir. İqtisadi və diplomatik təcridin daha da dərinləşməməsi üçün rejimə raket buraxmağa son qoymağı, ballistik raketlərlə bağlı hər cür fəaliyyətdən əl çəkməyi tövsiyə edirik", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi