ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olan erməni mühakimə edilir

ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olan erməni mühakimə edilir İstintaq zamanı müəyyən edilib ki, o, çirkli pulların yuyulması üçün saxta bank hesablarının açılmasına da yardım edib
Region
17 Mart , 2017 10:37
ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olan erməni mühakimə edilir

Bakı. 17 mart. REPORT.AZ/ ABŞ Federal məhkəməsi “Wells Fargo” bank şirkətinin meneceri Albert Yaqubyanı 1,66 milyon dollar məbləğində “çirkli” maliyyə vəsaitinin yuyulmasında mühakimə edir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, məhkəmənin qərarının mayın 22-də açıqlanacağı gözlənilir.

Məlumata görə, o, ABŞ-ın Qlendeyla şəhərinin iki erməni sakini Artaşes Darbinyan və Orbel Akopyana bank vasitəsi ilə iki il ərzində çirkli pulların yuyulmasında yardım edib. O, “bu bank əməliyyatlarında” öz payını alıb.

Xəbərdə bildirilib ki, 36 yaşlı Yaqubyan günahını etiraf etməyib.

İnformasiyaya əsasən, istintaq zamanı müəyyən edilib ki, o, çirkli pulların yuyulması üçün saxta bank hesablarının açılmasına da yardım edib.

Xəbərdə bildirilib ki, Darbinayan və Akopyan əvvəllər də fırıldaqçılığıa görə, həbs olunublar. 

Son xəbərlər

Orphus sistemi