ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib ABŞ-ın Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur
Region
23 avqust 2017 06:32
ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib
Report.az

Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Məlumata görə, sanksiya tətbiq edilənlər arasında Çinin 6 şirkəti, o cümlədən 3 daş kömür müəssisəsi, Şimali Koreyaya neft satan Sinqapurun 2 şirkəti, onlarla birlikdə fəaliyyət göstərən Rusiyanın 4 müəssisəsi var. 

Bundan başqa, şimali koreyalıların idarə etdiyi mərkəzi Namibiyada yerləşən heykəllər yonan firmaya da sanksiya tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi