ABŞ İran nefti ilə bağlı sanksiyalarda heç kimə güzəşt etməyəcək

ABŞ İran nefti ilə bağlı sanksiyalarda heç kimə güzəşt etməyəcək ABŞ hökuməti neftlə bağlı İrana qarşı sanksiyalarda bundan sonra heç kimə möhlət verməyəcək.
Region
30 May , 2019 19:01
ABŞ İran nefti ilə bağlı sanksiyalarda heç kimə güzəşt etməyəcək

ABŞ hökuməti neftlə bağlı İrana qarşı sanksiyalarda bundan sonra heç kimə möhlət verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk keçirdiyi brifinqdə deyib.

“Artıq neftlə bağlı sanksiyalarda istisnalar olmayacaq. Yalnız razılaşdığımız dövrdə, yəni 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayınadək həyata keçirilən neft idxalı əməliyyatları icazəli sayılır və həmin müddət başa çatandan sonra İran neftini tədarük etmək üçün hər hansı bir cəhd göstərildikdə sanksiya tətbiq edəcəyik”, - deyə Ağ Ev rəsmisi Çin və Hindistan kimi ölkələrin mayın 1-dən sonra da, heç olmasa, kiçik həcmdə İran neftini idxal edib-etməyəcəyi barədə suala cavab verərkən vurğulayıb.

Xatırladaq ki, aprelin 22-də ABŞ prezidenti Donald Tramp İranın neft ixracına qarşı 2018-ci ilin noyabr ayından bərpa etdikləri sanksiyalarla bağlı möhlətləri uzatmamaq qərarı vermişdi. Həmin vaxt sanksiyaları bərpa etməklə yanaşı, Ağ Ev İran neftinin bəzi iri idxalatçı ölkələrinə 6 ay müddətində idxala davam etmək icazəsi vermişdi.

Son xəbərlər

Orphus sistemi