ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ Avropa İttifaqını (Aİ) raketlərin yayılması ilə əlaqədar olaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Region
30 Noyabr , 2018 03:15
ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ Avropa İttifaqını (Aİ) raketlərin yayılması ilə əlaqədar olaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

"Biz bütün ölkələri, xüsusilə də Avropa İttifaqını, raketlərin yayılmasının yol aça biləcəyi regional münaqişə risklərini tənzimləmək üçün raket sanksiyaları tətbiq etməyə çağırırıq", - deyə o bildirib.

O qeyd edib ki, İran, ABŞ-ın fikrincə, raket istehsalı və buraxılışlarını artırmaqda davam edir.

Bundan əvvəl ABŞ İranın iki vətəndaşına qarşı sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi