ABŞ-a məxsus hərbi təyyarə Suriyada sərt eniş edib, 1 hərbçi yaralanıb

ABŞ-a məxsus hərbi təyyarə Suriyada sərt eniş edib, 1 hərbçi yaralanıb Faktla bağlı araşdırma aparılır
Region
29 Sentyabr , 2017 18:19
ABŞ-a məxsus hərbi təyyarə Suriyada sərt eniş edib, 1 hərbçi yaralanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-a məxsus hərbi təyyarə Suriyada sərt eniş edib.  

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb. 

Məlumatda hərbi təyyarənin "V-22 Osprey" modelli olduğu və bir nəfərin yaralandığı açıqlanıb.

Yaralı hərbçi xəstəxanaya çatdırılıb, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi