ABŞ-a casusluqda ittiham olunan İran vətəndaşı edam edilib

ABŞ-a casusluqda ittiham olunan İran vətəndaşı edam edilib Qeyd edək ki, Qasım Süleymani və onunla birlikdə 12 nəfər yanvarın 3-də ABŞ-ın Bağdadda hazırladığı hərbi əməliyyat nəticəsində öldürülüb
Region
20 İyul , 2020 09:52
ABŞ-a casusluqda ittiham olunan İran vətəndaşı edam edilib

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” qanadının komandanı generaal Qasım Süleymaninin hərəkət istiqaməti və iqamətgahı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat ötürdüyü iddia edilən Mahmud Macd edam edilib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Casusluqda ittiham olunan M.Macdla bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, Q.Süleymani və onunla birlikdə 12 nəfər yanvarın 3-də ABŞ-ın Bağdadda hazırladığı hərbi əməliyyat nəticəsində öldürülüb.

Son xəbərlər

Orphus sistemi